İtaliyada fövqəladə vəziyyət rejimi uzadıldı

İtaliyada fövqəladə vəziyyət rejimi uzadıldı
  29 İyul 2020    Oxunub:2748
İtaliya parlamentinin Deputatlar Palatası Senatın ardınca koronavirusla əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasını dəstəkləyən qətnamə qəbul edib.
Azvision.az xəbər verir ki, fövqəladə vəziyyət rejiminin uzadılmasının zəruriliyi İtaliyanın Baş Naziri Cüzeppe Konte tərəfindən irəli sürülüb.

Deputatlar qarşısında çıxış edən hökumət rəhbəri fövqəladə vəziyyət rejiminin uzadılmasının qaçılmaz və müəyyən mənada məcburi seçim olduğunu deyib.

O bildirib ki, bu, insanların azadlığına qarşı yönəlməyib, sadəcə indiki vaxtda zəruri olan addımdır. Fövqəladə vəziyyət rejiminin uzadılmasına qarşı çıxan müxalifətə müraciət edən Konte onları əhalini yanıltmamağa çağırıb.

Qeyd edək ki, İtaliyada fövqəladə vəziyyət rejimi oktyabrın 15-dək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliyanınBaşNazir  





Xəbər lenti