“Boeing-747” təyyarəsinin istehsalı dayandırılır

 “Boeing-747” təyyarəsinin istehsalı dayandırılır
  29 İyul 2020    Oxunub:3373
Boeing şirkəti əfsanəvi "Boeing 747" təyyarəsinin istehsalını 2022-ci ildə dayandıracağını açıqlayıb.
Azvision.az xəbər verir ki, şirkətin açıqlamasında cari dinamika və bazar perspektivləri nəzərə alınmaqla bu qərarın verildiyi bildirilir.

Məlumata görə, 2016-cı ildən bəri zavoddan yalnız altı "Boeing 747-8" təyyarəsi çıxıb, şirkət onların hər birinə görə 40 milyon dollar itiib. Son sifariş 2017-ci ildə qəbul edilib.

"Boeing 747"nin ilk uçuşu 1969-cu ildə baş tutub və 1970-ci ildən istismara başlayıb. Ümumilikdə, müxtəlif modifikasiyalı 1,5 mindən çox təyyarə istehsal edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boeing747  





Xəbər lenti