ABŞ 12 minə yaxın hərbçisini Almaniyadan çıxarır

ABŞ 12 minə yaxın hərbçisini Almaniyadan çıxarır
  29 İyul 2020    Oxunub:2914
ABŞ 11,9 min hərbçisini Almaniyadan çıxaracaq, onlardan 6,4 mini vətənə dönəcək.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

"Avropa Komandanlığının hazırkı planı Almaniyadan 11,9 min əsgərin köçürülməsi, oradakıların sayının təxminən 36 mindən 24 minə endirilməsidir".

Onun sözlərinə görə, 11,9 min hərbi qulluqçudan təxminən 5600-ü NATO ölkələrində yerləşdiriləcək.

Esper 4500 zirehli personalın ABŞ-a qayıdacağını, digər hissələrin isə Rusiyanın qarşısını daha inadla almaq və cənub-şərq cəbhəsində müttəfiqlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə şərqdə və Qara dəniz bölgəsində yerləşdiriləcəyini vurğulayıb.

Nazir əlavə edib ki, gələcəkdə ABŞ Polşa və Baltikyanı ölkələrə əlavə qüvvələr göndərə bilər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Almaniya  





Xəbər lenti