Türkiyədə koronavirusa yoluxma sayı 229 minə çatır

Türkiyədə koronavirusa yoluxma sayı 229 minə çatır
  30 İyul 2020    Oxunub:2697
Türkiyədə son sutka ərzində 14 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 942 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5659, virusa yoluxanlar isə 228 min 924 nəfərə çatıb.

Türkiyədə indiyədək 212 min 557 xəstə (son sutkada 996 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti