Çində COVID-19-a yoluxma yenidən artır

Çində COVID-19-a yoluxma yenidən artır
  30 İyul 2020    Oxunub:2268
Çində son sutka ərzində koronavirusa 105 aktiv, 21 asimptomatik yoluxma qeydə alınıb.
Azvision.az Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, virusa yoluxmuş 13 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

105 yeni yoluxmadan 96-sı Sincan Uyğur Muxtar Bölgəsində qeydə alınıb. Üç hal ölkəyə idxal olunub.

Ümumilikdə, Çində epidemiya zamanı 84 165 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 957 pasiyent sağalıb, 4634 nəfər ölüb. Hazırda xəstəxanalarda 574 COVID-19 xəstəsi müalicəsini davam etdirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti