Los-Anceles meri azərbaycanlılara qarşı hücumları pislədi

Los-Anceles meri azərbaycanlılara qarşı hücumları pislədi
  30 İyul 2020    Oxunub:3254
Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib.
Baş Konsulluqdan Azvision.az -a verilən məlumata görə, mer hadisənin Los-Anceles polis idarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer, zorakılığın yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: LosAnceles  





Xəbər lenti