Hindistanda 52 mindən çox yeni yoluxma aşkarlandı

Hindistanda 52 mindən çox yeni yoluxma aşkarlandı
  30 İyul 2020    Oxunub:1927
Hindistanda son sutka ərzində 52 123 nəfər koronavirusa yoluxub, 775 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 milyon 583 min 792 nəfərə çatıb. İndiyədək 1020 582 xəstə sağalıb, 34 min 968 nəfər pandemiyanın qurbanı olub.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  





Xəbər lenti