ABŞ-da atışma oldu, 3 nəfər öldü

ABŞ-da atışma oldu, 3 nəfər öldü
  30 İyul 2020    Oxunub:2462
ABŞ-ın Sent Luis şəhərində (Missuri ştatı) atışma nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli mətbuat polisə istinadən məlumat yayıb.

Bildirilir ki, üç nəfər yerindəcə ölüb, bir nəfər isə ayağından vurulub.

Qarşıdurmanın hansı səbəbdən başladığı hələ məlum deyil. Sent Luis şəhərinin rəhbərliyi hesab edir ki, insidentə iki qrup arasında baş verən mübahisə səbəb olub.

Polis hadisə yerindən silah götürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SentLuis  





Xəbər lenti