Fukusimada güclü partlayış: Ölən və yaralılar var

 Fukusimada güclü partlayış:  Ölən və yaralılar var
  30 İyul 2020    Oxunub:2602
Yaponiyanın Fukusima prefekturasında güclü partlayış baş verib.
Azvision.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, 10-dan insan yaralanıb.

Məlumata görə, partlayış nəticəsində bir restoran tamamilə dağılıb, eyni zamanda qonşu binalara da ziyan dəyib.

Polisin bildirdiyinə görə, bu ilin aprel ayından bəri koronavirus səbəbiylə yapon mətbəxini təqdim edən restoran bağlanıb. Sahibləri binanı təmir etmək qərarına gəliblər. Restoran təmirdən sonra cümə günü yenidən açılacaqdı.

Yanğınsöndürənlər deyiblər ki, binada altı propan balonu olub, onlardan üçünün kranı qırılıb. Partlayışın bu səbəbdən baş verdiyi güman edilir.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: partlayış  





Xəbər lenti