Ermənistanda koronavirusa yoluxma sayı 38 mini ötdü

 Ermənistanda koronavirusa yoluxma sayı 38 mini ötdü
  30 İyul 2020    Oxunub:1823
Ermənistanda son sutka ərzində daha 259 nəfər koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 38 196-ya yüksəlib.

COVID-19 virusundan ölüm sayı 5 nəfər artaraq 728-ə çatıb. Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı isə 225 nəfərdir.

İndiyədək 28 366 xəstənin sağaldığı deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti