Paşinyan diasporada “təmizlik” aparır

Paşinyan diasporada “təmizlik” aparır
  30 İyul 2020    Oxunub:2617
Ermənistanın baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın 10-dan çox əməkdaşının işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Paşinyanın sərəncamı ilə Avropadakı erməni icmaları idarəsinin rəhbəri Karen Avanesyan, Qərbi Avropa birlikləri ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliya icmaları ilə əlaqələr şöbəsinin rəhbəri Qoar Saakyan, Diaspor potensialı və məlumat təhlili departamentinin rəhbəri Vaqinak Vardanyan vəzifəsindən azad edilib.

Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin rəhbəri Qriqor Arşakyan, tədqiqatlar bölməsinin rəhbəri Eliz Qevorkyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, bütün erməni və beynəlxalq təşkilatlarla əlaqələr bölməsinin müdiri Anait Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları idarəsinin rəhbəri Levon Antonyan, habelə Rusiya, Belarus, Ukrayna və Moldova icmaları ilə əlaqələr şöbəsinin müdiri Edqar Ovsepyan da vəzifələrini itirblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Belarusiya   UkraynavəMoldova   Paşinyan  





Xəbər lenti