Rusiya və Ukrayna diplomatları Belarus XİN-ə çağırıldı

Rusiya və Ukrayna diplomatları Belarus XİN-ə çağırıldı
  30 İyul 2020    Oxunub:2514
Rusiya və Ukraynanın Belarusdakı diplomatik korpuslarının rəhbərləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Rusiya səfiri Dmitri Mezentsev, ardınca Ukraynanın müvəqqəti işlər vəkili Petr Vrublevski ilə nazirlikdə görüş keçirildiyini deyib.

Diplomatların XİN-ə çağrılmasına səbəb bu ölkələrin vətəndaşlarının Belarusda tutulması olub.

Görüşdə səfir Dmitri Mezentsevə bir gün əvvəl Minskdə saxlanılan "Vaqner" özəl hərbi şirkətə aid olan Rusiya vətəndaşları barədə məlumat verilib.

"Səfirdən bir sıra silahlı münaqişələrdə iştirakı sübut edilmiş bu mütəşəkkil qrupun ölkəmizə gəlişinin, qalmasının məqsədləri və digər aspektlərlə əlaqədar ətraflı izahat istənildi", - deyə XİN-in məlumatında vurğulanıb.

Ukraynalı diplomat ilə bu ölkənin vətəndaşlarının Belarus hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması müzakirə edilib.

Ukrayna tərəfi ilə hər iki ölkədə sabitliyin qorunması üçün sərhəd qurumları arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, sərhəd rejiminin gücləndirilməsi barədə razılığa gəlinib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti