İranda son sutkada 226 nəfər COVID-19-dan öldü

İranda son sutkada 226 nəfər COVID-19-dan öldü
  30 İyul 2020    Oxunub:2208
İranda son sutka ərzində 2621 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 301 530 nəfərdir. Bir gündə 226 nəfər olmaqla, koronavirusdan ölənlərin sayı 16 569-a yüksəlib.

İranda indiyədək 261 200 nəfər xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti