İrəvanda fermerlər etiraz aksiyası keçirir

  30 İyul 2020    Oxunub : 1454
İrəvanda fermerlər etiraz aksiyası keçirir
Ermənistanın paytaxtı İrəvanda fermerlər etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, onlar paytaxtdakı Kasyan küçəsində yerləşən yarmarkanın bağlanmasına etiraz edirlər.

Ermənistan hökumətinin binası yaxınlığına yığışan kəndlilər və ticarətçilər bunun yolverilməz olduğunu deyiblər.

Bir neçə gün əvvəl şəhər rəhbərliyi meyvə-tərəvəz yarmarkasını bağlamaq qərarına gəlib. Yarmarka şənbə-bazar günləri açılır və orada satıcılar yox, yalnız fermerlər özləri satışla məşğul olur.

"Hamımız burdayıq, kəndlərdən gəlmişik. Kim inanmırsa, qoy bizim kimi yaşamağa çalışsın. Sanitariya qaydalarına əməl edilib”, - aksiyaya gələnlər deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan