“Vaqner”in döyüşçüləri kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinir

“Vaqner”in döyüşçüləri kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinir
  30 İyul 2020    Oxunub:2233
Belarusda saxlanılan “Vaqner”in rusiyalı döyüşçüləri kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinir.
Azvision.az xəbər verir ki, bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onlar barəsində həbs qətimkan tədbiri seçiləcək.

"Nikolay Statkeviç, Sergey Tixanovski (Belarus müxalifətçiləri) və digər şəxslərə qarşı kütləvi iğtişaşlara hazırlıq faktı ilə əlaqədar cinayət işi başlanılıb. Həmçinin dünən xüsusi xidmət orqanlarından alınan əməliyyat məlumatlarının yoxlanılması nəticəsində bu cinayətdə şübhəli bilinən Rusiya Federasiyasının 33 vətəndaşı tutulub. Onlar “Vaqner”in əməkdaşlarıdır".

İstintaq Komitəsinin məlumatına görə, hazırda araşdırmalar davam edir, ölkədə kütləvi iğtişaşların hazırlanması və təşkilində iştirak edən şəxslər müəyyənləşdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vaqner  





Xəbər lenti