ABŞ-da koronavirusa yoluxma sayı 70 mindən çox artdı

ABŞ-da koronavirusa yoluxma sayı 70 mindən çox artdı
  30 İyul 2020    Oxunub:1886
ABŞ-da son sutka ərzində 70 776 nəfər yeni növ koronavirusa yoluxub, 1403 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiya başlayandan bəri 4 427 493 yoluxma halı aşkarlanıb, 150 mindən çox xəstə ölüb. İndiyə qədər 1,3 milyondan çox xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Yoluxma  





Xəbər lenti