Şimali Koreyaya qarşı sanksiyaların müddəti uzadıldı

Şimali Koreyaya qarşı sanksiyaların müddəti uzadıldı
  30 İyul 2020    Oxunub:2574
Avropa İttifaqı nüvə silahı və digər kütləvi qırğın silahları ilə əlaqəli proqramlarda iştiraka görə Şimali Koreyanın fiziki şəxslərinə və təşkilatlarına qarşı fərdi sanksiyaların müddətini bir il uzadıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, fərdi sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərin siyahısı təsdiqlənib.

Məhdudlaşdırıcı tədbirlər - səyahət qadağası və aktivlərin dondurulması bir il müddətində tətbiq olunmağa davam edəcək. 57 nəfərin və 9 təşkilatın sanksiya siyahısında olduğu bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koreya    





Xəbər lenti