Qazaxıstanda tibbi maska taxmaq məcburi oldu

Qazaxıstanda tibbi maska taxmaq məcburi oldu
  30 İyul 2020    Oxunub:2355
Qazaxıstanın Səhiyyə naziri Aleksey Çoy ölkədə tibbi maskadan istifadəni məcburi edən əmr imzalayıb.
Azvision.az xəbər verir ki, əmrə əsasən tibbi maska taxmayanlar cərimələnəcək.

"Bu gün Səhiyyə Nazirliyi vətəndaşların küçələrdə, ictimai yerlərdə maska taxmalarının məcburi olmasına qərar dair qəbul edib. Biz beynəlxalq təcrübəni araşdırdıq və bu təcrübə təkcə Qazaxıstanda deyil, bir sıra xarici ölkələrdə qapalı yerlərdə, nəqliyyatda və açıq havada maskaların məcburi geyilməsinin tətbiq olunduğunu göstərir", - nazir əlavə edib.

Son sutka ərzində Qazaxıstanda 1472 nəfər koronavirusa yoluxub, ümumi yoluxanların sayı 87 664-ə çatıb, 57,8 mindən çox xəstə sağalıb. Ölkədə koronavirusdan 793 ölüm hadisəsi qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti