FIFA prezidentinə cinayət işi açıldı

 FIFA prezidentinə cinayət işi açıldı
  30 İyul 2020    Oxunub:2156
İsveçrədə FIFA prezidenti Cianni İnfantinoya qarşı cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Sky News “Twitter” hesabında məlumat yayıb.

Qeyd edilib ki, Yuxarı Vale şəhərinin baş prokuroru Rinaldo Arnolda qarşı da iddia qaldırılıb. İnfantino və Arnold vəzifəsini tərk etmiş İsveçrənin baş prokuroru Maykl Lauber ilə gizli görüşlərin iştirakçısı olub. Həmin görüşlər FİFA-dakı korrupsiya hadisələrinin araşdırılması fonunda baş tutub.

İnfantino 2016-cı ilin fevralında fövqəladə konqresdə FIFA prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa edən Cozef Blatteri əvəzləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: FIFA  





Xəbər lenti