Böyük Britaniyada ikinci dalğa qorxusu

Böyük Britaniyada ikinci dalğa qorxusu
  30 İyul 2020    Oxunub:2187
"İkinci dalğadan narahatam. Düşünürəm ki, koronavirus ikinci dəfə Avropada yayılmağa başlayıb. Bu dalğanın sahillərimizə çatmaması üçün hər şeyi etməliyik".
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib. Nazir hökumətin karantin qaydalarındakı dəyişiklikləri elan etməyə hazırlaşdığını bildirib.

"Bu klinik qaydada idarə olunan qərardır. Baş tibb direktoru Kris Vitti bu gün təfərrüatları açıqlayacaq. İnsanları qorumaq üçün hər zaman lazım olanı edəcəyik".

Britaniyaya qayıdarkən 14 günlük karantin müddətini azaltmaq üçün planlar hazırlandığını deyən Hankok yoluxmalar artdıqca ölkədə əlavə tədbirlərin görüləcəyini istisna etməyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: BöyükBritaniya   virus  





Xəbər lenti