Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
  31 İyul 2020    Oxunub:1920
Türkiyədə son sutka ərzində 15 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 967 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5674, virusa yoluxanlar isə 229 min 891 nəfərə çatıb.

Türkiyədə indiyədək 213 min 539 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti