Ukrayna Rusiyaya nota verdi

  31 İyul 2020    Oxunub : 1408
 Ukrayna Rusiyaya nota verdi
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Donbassa humanitar yardım göndərməsidir.

Ukrayna XİN yardımın Kiyev tərəfindən nəzarət olunmayan İzvarino və Uspenka sərhəd-buraxılış məntəqələri vasitəsilə aparıldığını və bunun qanunsuz olduğunu bəyan edib.

Rəsmi Kiyev Moskvadan dövlətin suverenliyinə qarşı beynəlxalq səviyyədə qanunsuz hərəkətlərə son qoymağı tələb edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Nota   Ukrayna