Tramp seçkilərin təxirə salınması fikrindən döndü

Tramp seçkilərin təxirə salınması fikrindən döndü
  31 İyul 2020    Oxunub:1797
ABŞ lideri Donald Tramp koronavirus epidemiyası ilə əlaqədar olaraq prezident seçkilərinin təxirə salınması fikrindən imtina edib.
Azvision.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

"Mən təxirə salmaq istəmirəm, seçkiləri keçirmək istəyirəm", - ABŞ lideri deyib.

Bununla belə, o, pandemiya səbəbindən alternativ variant olaraq builki seçkilərdə tətbiq edilən poçt vasitəsilə səsvermə sisteminin yaradacağı problemlərdən narahatlığını dilə gətirib.

"Üç ay gözləmək, daha sonra bülletenlərin itirildiyini və seçkilərin etibarsız elan olunduğunu eşitmək istəmirəm".

Tramp əlavə edib ki, sağlam məntiq ona məhz bunu deyir: "Ağıllı insanlar bunu bilir. Axmaq insanlar isə bunu anlamaya bilər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AğEv   Tramp  





Xəbər lenti