Ermənistan MTX-nin keçmiş rəhbərinə cinayət işi açıldı

Ermənistan MTX-nin keçmiş rəhbərinə cinayət işi açıldı
  31 İyul 2020    Oxunub:1954
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, Vətən partiyasının lideri Artur Vanetsyan MTX-ya çağırılıb.
Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vanetsyan vəzifədə olduğu müddətdə kadr təyinatı zamanı qanun pozuntusuna yol verməsi ilə əlaqədar dindiriləcək.

Vanetsyanın "Milli Təhlükəsizlik orqanları haqqında" qanunun 16-cı maddəsini pozduğu iddia edilir.

Xatırladaq ki, MTX-in keçmiş rəhbərinə qarşı cinayət işi açılıb.

Vanetsyan "məxməri inqilab" və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra 2018-ci ilin mayında Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. 16 sentyabr 2019-cu ilə qədər bu vəzifədə çalışıb, daha sonra istefa verərək, mövcud hakimiyyətə qarşı müxalifətə keçib. Bu ilin may ayında Vanetsyan Vətən partiyasını yaradıb.

Vanetsyan Paşinyanın siyasətini sərt tənqid edənlərdən biridir, ona qarşı cinayət işinin açılmasının bununla bağlı olması şübhəsizidr.

Bir müddət əvvəl baş naziri tənqid etdiyi və onu istefaya çağırdığı üçün "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın parlament toxunulmazlığı ləğv edilib və ona cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   MTX  





Xəbər lenti