ABŞ-da koronavirusa yoluxan ilk it ölüb

ABŞ-da koronavirusa yoluxan ilk it ölüb
  31 İyul 2020    Oxunub:2816
ABŞ-da koronavirus (COVID-19) diaqnozu qoyulan Baddi adlı it Nyu-Yorkda ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.

Qeyd edilib ki, 7 yaşlı Baddi aprelin ortalarında nəfəs almaqda çətinlik çəkib, daha sonra ona koronavirus diaqnozu qoyulub. İtin vəziyyəti getdikcə pisləşib.

Sahibləri bildirib ki, it çox güman xərçəng xəstəliyindən əziyyət çəkib. Şişin onun virusa yoluxmasına səbəb olub-olmadığı hələ məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Baddi  





Xəbər lenti