Ermənistanda koronavirusdan ölənlərin sayı 738-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 738-ə çatdı
  31 İyul 2020    Oxunub:2396
Ermənistanda son sutka ərzində daha 354 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 38 550 nəfərə çatıb.

Son sutkada 10 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 738 nəfər olub.

İndiyədək 28 997 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti