Vyetnamda koronavirusdan ilk ölüm qeydə alındı

Vyetnamda koronavirusdan ilk ölüm qeydə alındı
  31 İyul 2020    Oxunub:2678
Vyetnamda yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli "Vietnam News" nəşri hökumətə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınmış ilk ölüm hadisəsidir. Vəfat edən şəxs barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Vyetnam koronavirusla mübarizədə uğur qazanan ölkələrdən biridir. Son günlər xüsusilə Dananq şəhərində infeksiya yayılmağa başlayıb. Vyetnamın müvafiq qurumları virusun daha aqressiv olduğunu bəyan edib. ÜST nümayəndəliyi isə virusun fərqli olmadığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti