Xamenei ABŞ-ın sanksiyalarını cinayət adlandırdı

Xamenei ABŞ-ın sanksiyalarını cinayət adlandırdı
  31 İyul 2020    Oxunub:2776
ABŞ-ın Tehrana qarşı sanksiyaları ölkə iqtisadiyyatının çökməsinə yönəlmiş cinayətdir.
Azvision.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei deyib.

"Şübhəsiz ki, ABŞ-ın sanksiyaları millətə qarşı böyük bir cinayətdir", - deyə Ali Rəhbər vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları İranın tərəqqisinə, xüsusilə elmi sahədə irəliləməsinin qarşısını almağa istiqamətlənib.

Xamenei əlavə edib ki, uzunmüddətli perspektivdə sanksiyalar İran iqtisadiyyatını çökdürmək məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Yeni sanksiyalar İslam Respublikasının nüvə, raket və hərbi proqramları üçün istifadə edilə bilən metal və material təminatını məhdudlaşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti