Putindən müsəlmanlara bayram təbriki

Putindən müsəlmanlara bayram təbriki
  31 İyul 2020    Oxunub:2624
Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə ölkənin müsəlman əhalisini təbrik edib.
Azvision.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Putin ölkənin mədəni müxtəlifliyinin qorunmasına müsəlmanların verdiyi töhfələri müsbət qiymətləndirib.

"Hər bir müsəlman üçün əlamətdar olan bu dini bayram müqəddəs Quranın əsasını təşkil edən möminliyin yüksək mənəvi idealına, ədalətə, mərhəmətə sədaqət, yaxınlara məhəbbət rəmzidir. Qeyd edim ki, müsəlmanlar qədim İslam ənənələrini dəstəkləyərək ölkəmizin mədəni müxtəlifliyinin qorunmasına mühüm töhfələr verirlər. Cəmiyyətdə millətlərarası həmrəyliyin möhkəmlənməsinə yardımçı olurlar", - deyə Putinin təbrikində qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin  





Xəbər lenti