Ukrayna İranı yenidən beynəlxalq məhkəmə ilə hədələyir

Ukrayna İranı yenidən beynəlxalq məhkəmə ilə hədələyir
  31 İyul 2020    Oxunub:2685
Bu ilin yanvarında Tehran yaxınlığında vurulan “Ukrayna Beynəlxalq Hava Yollarına” məxsus Boeing təyyarəsinə görə kompensasiya ilə bağlı danışıqlar uğursuz olduğu təqdirdə, Kiyev İranı beynəlxalq məhkəməyə verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.

"Şübhəsiz ki, İranla danışıqlar uğursuz olarsa, o zaman beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Mən İranı məsuliyyətə cəlb edəcəyimizə və bütün lazımi kompensasiyaların ödəniləcəyinə nail olacağımıza şübhə etmirəm. Ancaq bu, B planıdır, A planı isə danışıqlardır. Bu plan İranla bütün məsələlərin həlli və təzminatın ödənilməsini nəzərdə tutur”, - XİN rəhbəri əlavə edib.

O qeyd edib ki, tərəflər danışıqların növbəti raundu barədə razılığa gəliblər.

"İranla dünənki danışıqların və səhər görüşünün nəticələrinə əsasən, nisbətən nikbin əhvala kökləndiyimi deyə bilərəm. İranın əsaslı bir danışıqlara meylliliyini gördüm. Kiyev hadisələrin istənilən inkişafına hazırdır”.

Qeyd edək ki, İran tərəfindən səhvən vurulan Ukrayna təyyarəsində olan 176 nəfərin hamısı ölüb. Onlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Kiyev  





Xəbər lenti