ABŞ-da bir gündə 1233 nəfər koronavirusdan öldü

ABŞ-da bir gündə 1233 nəfər koronavirusdan öldü
  31 İyul 2020    Oxunub:2586
ABŞ-da son sutka ərzində 67 619 nəfər yeni növ koronavirusa yoluxub, 1233 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiya başlayandan bəri 4 495 015 yoluxma halı aşkarlanıb, 152 mindən çox insan ölüb. İndiyə qədər 1,4 milyondan çox xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   yoluxma  





Xəbər lenti