Azərbaycan XİN İsveçrəni təbrik edib

Azərbaycan XİN İsveçrəni təbrik edib
  31 İyul 2020    Oxunub:2801
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsveçrəni Milli Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“İsveçrənin Milli Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq və dost İsveçrə xalqına cansağlığı, firavanlıq diləyirik. İnanırıq ki, Azərbaycanla İsveçrə arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir", - deyə təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti