Putin “Vaqner” döyüşçülərinin həbsini müzakirə etdi

  31 İyul 2020    Oxunub : 2134
Putin “Vaqner” döyüşçülərinin həbsini müzakirə etdi
Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiya vətəndaşlarının Belarusda saxlanmasını müzakirə edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya lideri videokonfrans vasitəsilə keçirdiyi görüşdə məsələni ətraflı müzakirə edib.

"Yaxın vaxtda bu məsələnin aydınlaşacağına, əsassız olaraq həbs olunan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid ifadə olunub”.

Xatırladaq ki, bir neçə gün əvvəl Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox əməkdaşı saxlanılıb və onlara cinayət işi açılıb. Saxlanılan şəxslər kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda günahlandırılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya