Berlində ticarət mərkəzinə hücum olub - Yaralılar var

  31 İyul 2020    Oxunub : 2475
Berlində ticarət mərkəzinə hücum olub  -  Yaralılar var
Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya paytaxtının xilasetmə xidməti "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb: "Kroytsberq şəhərində xeyli yaralı var. Biz Hermannplatsdakı "Haselheide" ticarət mərkəzindəyik".

Polisdən verilən məlumata görə, hadisə ilə əlaqədar "Hermannplats" metrostansiyası bağlanıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Berlin   hücum