FIDE yeni reytinq siyahısını açıqladı

FIDE yeni reytinq siyahısını açıqladı
  31 İyul 2020    Oxunub:12496
Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqustun 1-nə olan reytinq siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, yeni reytinq siyahısına görə, şahmatçılarımızın mövqeyində cüzi dəyişiklik olub.

Belə ki, təmsilçimiz Teymur Rəcəbov (2765) əvvəlki kimi 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pilləni (2764) tutur.

Daha iki şahmatçımız, Qədir Hüseynov (2665, 72-ci yer) və Nicat Abasovun (2664, 74-cü) mövqeyi dəyişməz qalsa da, Rauf Məmmədov (2654) iki pillə geriləyərək 91-ci sırada qərarlaşıb.

Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə mövqeyini qoruyub (2443, 29-cu yer). İlk yüzlükdə yer alan digər iki şahmatçımız 1 pillə irəliləyiblər. Gülnar Məmmədova (2382) 75-ci, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəliblər.

Azvision.az


Teqlər: FIDE  





Xəbər lenti