ABŞ-da təyyarə qəzası: Ölənlərdən biri deputatdır

  01 Avqust 2020    Oxunub : 3443
ABŞ-da təyyarə qəzası:  Ölənlərdən biri deputatdır
ABŞ-ın Alyaska ştatının Soldotna şəhərində iki kiçikhəcmli təyyarə toqquşub.
Azvision.az xəbər verir ki, hava limanı yaxınlığında baş vermiş qəza nəticəsində 7 nəfər həlak olub. Ölənlərdən biri ölkənin Nümayəndələr Palatasının deputatı Harri Knopdur.

Hadisənin səbəbləri məlum deyil. Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırma aparır.

Azvision.az

Teqlər: ABŞ   Təyyarə   Qəza