Tramp ABŞ-da “TikTok”u qadağan edəcək

  01 Avqust 2020    Oxunub : 3400
 Tramp ABŞ-da “TikTok”u qadağan edəcək
ABŞ Prezidenti Donald Tramp Amerikada Çin şirkətinə məxsus "TikTok" tətbiqini qadağan etməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə “Hill” nəşri yazıb.

“TikTok”a gəlincə, biz onu ABŞ-da qadağan edəcəyik”, - deyə Tramp bildirib.

O, ABŞ-da tətbiqetməni rəsmi olaraq qadağan etmək üçün fövqəladə iqtisadi güclərdən istifadə edə biləcəyini, yaxud fərman imzalayacağını istisna etməyib.

Tramp, həmçinin Amerika şirkəti tərəfindən tətbiqi əldə etmək imkanını dəstəkləmədiyini əlavə edib.

Qeyd edək ki, "New-York Times"in yaydığı məlumata görə, Amerikanın İT nəhəngi "Microsoft" şirkəti "TikTok"un alınması ilə bağlı Çinin ByteDance şirkəti ilə danışıqlar aparır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ