Avtomobili insanların üzərinə sürdü, 30 nəfər yaralandı
İnsident Fransanın şərqindəki Sona və Luara regionunda qeydə alınıb. Belə ki, ərazidə yerləşən barda münaqişə olub, sonra gecə yarısında sürücü avtomobili barın qarşısında duran insanların üstünə sürüb.
Məlum olub ki, avtomobili idarə edən şəxs sərxoş olub, hadisədən sonra polis onu saxlayıb.
"Həkimlər 16 nəfəri müayinə ediblər, onlardan 12-si yüngül xəsarət alıb, üçü şok vəziyyətindədir və bir qız ayağından ağır yaralanıb. Onların hamısı xəstəxanaya aparılıb”, -deyə məlumatda qeyd olunub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Fransa