Rusiyada əhaliyə koronavirus peyvəndi vurulacaq

Rusiyada əhaliyə koronavirus peyvəndi vurulacaq
  01 Avqust 2020    Oxunub:3753
Rusiyada Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan koronavirus vaksinin klinik sınaqları yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, dərmanın qeydiyyatı üçün sənədlər paketi hazırlanır və vaksinasiyadan keçən ilk qrup tibb işçiləri və müəllimlər olacaq .

Bundan əlavə, nazir kütləvi peyvənd tədbirlərinin oktyabr ayına planlaşdırıldığını qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   vaksin  





Xəbər lenti