Braziliyada koronavirus fəlakəti - Ölü sayı 92 mindən çoxdur
Bildirilib ki, ölkədə indiyədək 92 min 475 nəfər virusdan ölüb. İnfeksiyaya yoluxanların sayı 52 min 383 nəfər artaraq 2 milyon 662 min 485-ə çatıb, 1 milyon 844 min 51 xəstə sağalıb.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Şahanə Rəhimli
Azvision.az