Mnatsakanyan Ceyhun Bayramovla mümkün görüşdən danışdı
“Mənim yeni nazirlə daha əvvəl görüşmək üçün heç bir səbəbim olmayıb. İndi de-eskalasiyanı ən yaxşı şəkildə möhkəmləndirmək və işin növbəti mərhələsinə hazırlaşmaq bizim üçün çox vacibdir", - Mnatsakanyan deyib.
O əlavə edib ki, bütün istiqamətlərdə olduqca davamlı, məzmunlu, dərin iş var idi: "Biz tamamilə hazır olduğumuz növbəti mərhələlərə keçməli idik. Amma pandemiya həqiqətən mane oldu və yeni reallıqlara gətirib çıxardı".
Mnatsakanyan, həmçinin vurğulayıb ki, yeni həmkarı ilə görüşü gözləyir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: XİN