İranda koronavirusdan daha 216 nəfər ölüb

  01 Avqust 2020    Oxunub : 3900
İranda koronavirusdan daha 216 nəfər ölüb
İranda son sutka ərzində 2548 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 306 min 752 nəfərdir.

Pandemiya qurbanlarının sayı 216 nəfər artaraq 16 min 982-yə yüksəlib. İndiyə qədər 263 min 114 xəstə sağalıb.

Azvision.az

Teqlər: İran   Koronavirus   Pandemiya