Braziliyada COVID-19-a yoluxma sayı 2,7 milyonu keçdi

  02 Avqust 2020    Oxunub : 3496
Braziliyada COVID-19-a yoluxma sayı 2,7 milyonu keçdi
Braziliyada son sutka ərzində 1088 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 93 563 nəfər virusdan ölüb. İnfeksiyaya yoluxanların sayı 45 392 nəfər artaraq 2 707 877-yə çatıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Azvision.az

Teqlər: Braziliya   Koronavirus