Ermənistanda koronavirusa yoluxma sayı 39 mini ötüb

Ermənistanda koronavirusa yoluxma sayı 39 mini ötüb
  02 Avqust 2020    Oxunub:4921
Ermənistanda son sutka ərzində daha 209 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 39 050 nəfərə çatıb.

Son sutkada 5 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 754-ə yüksəlib

Ermənistanda koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər 228 nəfərdən çoxdur.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti