Ukraynada daha 1112 nəfər koronavirusa yoluxdu

Ukraynada daha 1112 nəfər koronavirusa yoluxdu
  02 Avqust 2020    Oxunub:3804
Ukraynada son sutka ərzində 1112 nəfər COVID-19 virusuna yoluxub, 16 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 72 min 168 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1725 nəfərdir. İndiyədək 39 min 543 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Azvision.az



Teqlər: Ukrayna   Koronavirus   Pandemiya  





Xəbər lenti