İsraildə üç nazir karantinə göndərildi

İsraildə üç nazir karantinə göndərildi
  02 Avqust 2020    Oxunub:3450
İsrailin ali təhsil və su resursları naziri Zyeev Elkin, icmanın inkişafı və gücləndirilməsi naziri Orli Levi-Abukasis və din işləri naziri Yakov Avitan karantinə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" nəşri məlumat yayıb.

Bildirilib ki, buna səbəb Qüds İşləri naziri Rafi Peresdə koronavirus infeksiyasının aşkar edilməsidir. Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.

Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti