Son sutkada 263 minə yaxın yoluxma aşkarlandı

 Son sutkada 263 minə yaxın yoluxma aşkarlandı
  03 Avqust 2020    Oxunub:4491
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, son sutka ərzində 262 929 nəfər yeni növ koronavirusa yoluxub, 5851 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 18,141,904, pandemiya qurbanlarının sayı isə 690,890 nəfərə çatıb.

Azvision.az



Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti