Jurnalist restoranda qətlə yetirildi

Jurnalist restoranda qətlə yetirildi
  03 Avqust 2020    Oxunub:2126
Meksikanın “PM Noticias” internet-nəşrinin əməkdaşı Pablo Morruqares ölkənin cənub-qərbində öldürülüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə insan hüquqları üzrə regional komissiya məlumat yayıb.

"Baş prokurorluqdan xahiş edirik ki, bu cinayətdə günahkar olanları tapmaq üçün hadisəni hərtərəfli araşdırsın", - komissiyanın müraciətində deyilir.

Məlumata görə, jurnalist restoranda qətlə yetirilib. O, bu il Meksikada öldürülən dördüncü jurnalistdir.

2000-ci ildən indiyədək Latın Amerikası ölkəsində 150-dən çox media işçisi həlak olub. Təkcə ötən il 10-dan çox jurnalist öldürülüb.

Meksikada jurnalistlərə qarşı cinayətlərin 99% -i cəzasız qalır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti