Ermənistanla faşist Almaniyasının oxşarlıqları nədir?

 Ermənistanla faşist Almaniyasının oxşarlıqları nədir?
  03 Avqust 2020    Oxunub:9477
Ermənistanın Milli Kino Mərkəzi tərəfindən 2005-2008-ci illərdə hazırlanmış “Evə gedən yol” cizgi filmi bu ölkənin dövlət televiziya kanalında göstərilir.
Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.



Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilər uşaqlıqdan qonşu xalqlara qarşı nifrət və işğalçı ruhunda böyüdülürlər. Uşaqlara “böyük Ermənistan” xülyası təlqin edilir.

2011-ci il iyulun 23-də Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı onlardan birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?" sualının cavabında deyib: "Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var".

Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir. Hitler də “Böyük Alman Reyxi” yaratmaq istəyirdi.



İrqçilik

Ermənistanın 2-ci prezidenti Robert Koçaryan 2003-cü il yanvarın 16-da Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasındakı çıxışında “ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğunsuz” olduğunu bildirib. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq edib.

Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda qan köçürməsi mərkəzinin açılışında deyib: “ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir”. Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdi.

Bu, faşist Almaniyasında “Qan və Torpaq” (Blut und Boden) şüarını xatırladır. Qan “təmiz Ari irqə” istinad edir. Bu, Faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır. Bu qanunlar almanların “təmizliyini” qorumaq üçün “ari irqə” məxsus olmayan şəxslərlə evlənmələrini qadağan edirdi.

Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlılar, kürdlər və digər millətlərin nümayəndələri bu ölkədən qovulub. Ermənistan hazırda mono-etnik ölkədir.



Soyqırımı törədilməsi

1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.

Xocalıda öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirib.

Hitler Almaniyasında da almanların seçilmiş “ari irqə” məxsus olduqları barədə təbliğat aparılırdı.

Bütün bunların məntiqi ardıcıllığı olaraq, Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde indi təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən ikinci dövlətdir.

Azvision.az


Teqlər: Ermənistan   Almaniya   Faşist   Hitler  





Xəbər lenti