“Rusiya milyonlarla doza vaksin istehsal edəcək” - Nazir

 “Rusiya milyonlarla doza vaksin istehsal edəcək” -  Nazir
  03 Avqust 2020    Oxunub:4874
Rusiya koronavirus peyvəndinin seriyalı istehsalına sentyabr ayının əvvəlində başlaya bilər.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazirin sözlərinə görə, N.F.Qamaley adına Milli Tədqiqat Mərkəzinin hazırladığı dərmanı istehsala buraxmağı planlaşdırırlar.

İstehsal üçün Vladimir, Yaroslavski, və Moskva bölgələrindəki üç müəssisədən - “Generium”, “R-Pharm” və “Binnopharm”dan istifadə etmək nəzərdə tutulub.

Manturov istehsalın sentyabrda başlayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, müəssisələr dərmanı buraxmağa hazırlaşır, xüsusən də əlavə avadanlıqlar alırlar.

İlkin mərhələdə bir neçə min doza peyvənd istehsal ediləcək və gələn ilin əvvəlinə qədər şirkətlər istehsalını bir neçə milyona çatdıracaqlar.

Daha əvvəl məlum olduğu kimi, "Vektor" dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi noyabr ayında koronavirusa qarşı peyvənd istehsalına başlamağı planlaşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Vaksin   Koronavirus  





Xəbər lenti